SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Kambocanın Baş naziri bu şəxslərə bahalı saat hədiyyə edəcək

Kambocanın Baş naziri bu şəxslərə bahalı saat hədiyyə edəcək

Tarix:

10-11-2022, 11:58

/ 287 dəfə oxundu.
Kambocanın Baş naziri bu şəxslərə bahalı saat hədiyyə edəcək

 
Kambocanın Baş naziri Hun Sen ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Birliyi) sammitinə qatılacaq bütün liderlərə lüks saat hədiyyə edəcək.

Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 ildir hakimiyyətdə olduğu kasıb ölkədə dəbdəbəli saatlara olan həvəsi ilə tənqid hədəfinə çevrilən Hun Sen, Kamboca istehsalı olan və diqqət çəkən xüsusi qol saatlarının fotosunu paylaşıb.

Hun Sen dəri qayışı üzərində "ASEAN Cambodia 2022" yazılan saatların Kambocanın elmi və texnoloji inkişafını əks etdirdiyini bildirib və saatın dəyəri ilə bağlı heç bir məlumat verməyib.

Saat mütəxəssisləri isə saatın böyük ehtimalla yüz minlərlə dollar dəyərində olduğunu ifadə ediblər.

ASEAN Sammiti noyabrın 10-13-də Cənub-Şərqi Asiya ölkəsi Kambocanın paytaxtı Pnompendə keçiriləcək. Qonaqlar arasında ABŞ prezidenti Co Bayden də var.

Şərhlər

XƏBƏR LENTİ