SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İlham Əliyev Kamboca kralına məktub göndərdi

İlham Əliyev Kamboca kralına məktub göndərdi

Tarix:

6-11-2021, 18:19

/ 1 091 dəfə oxundu.
İlham Əliyev Kamboca kralına məktub göndərdi


Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kamboca xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Şərhlər

XƏBƏR LENTİ