Azərbaycan beynəlxalq təşkilatlara 7 milyon dollar vəsait ayıracaq - Maliyyə naziri
Azərbaycan gələn il donor qismində əməkdaşlıq etdiyi bir sıra beynəlxalq təşkilatlara 7 mln. ABŞ dolları vəsait ayıracaq.
Bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının 20 illiyinə həsr olunmuş tədbirdə deyib.
Nazir bildirib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan gələn ildən etibarən bir sıra beynəlxalq təşkilatlarda donor ölkəsi qismində çıxış edəcək.
Belə ki, Azərbaycan Asiya İnkişaf Bankının Asiya İnkişaf Fonduna 2 mln. dollar Avropa Yenidənqurma və İnkişaf Bankına 2 mln. Beynəlxalq İnkişaf Asosiasiyasına 3 mln. dollar ayıraraq donor qismində çıxış edəcək.
"Bu, Azərbaycanın beynəlxalq inkişafa verdiyi töhfədir", - deyə nazir bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır