XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Polis qaydanı niyə pozur? - Video

Polis qaydanı niyə pozur? - Video

Polis qaydanı niyə pozur? - Video
29-06-2017, 09:21

İyunun 25-də, gecə saat 00.53-də Bakının Badamdar şossesində 99-LG-027 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığından keçib.
Bu pozuntu Avtosfer.az saytının əməkdaşının avtomobilindəki kameraya düşüb.Saytın əməkdaşı ona yaxınlaşıb qayda pozuntusuna görə irad bildirdikdə isə sürücü özünü polis mayoru kimi təqdim edib və Səbail rayon polis idarəsinin müstəntiqi vəzifəsində çalışdığını bildirib.
Qeyd edək ki, polisin etdiyi bu hərəkət heç bir məntiqə sığmır. O,cəmiyyətə nümunə olaraq insanları qanuna əməl etməyə dəvət etməlidir. Ancaq indiki halda görünür ki, vətəndaşlar ondan qanunun tələblərinə riayət etməyi tələb edir. Anlamaq lazımdır ki, polis olmaq heç kimi qəzadan qorumur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.