Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir?
Bakıda “qoçuluq” edərək, təhqir və təhdid yağdıran “AA” seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb.
Avtosfer.az-a istinadən xəbər veririk ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı “Mercedes” markalı maşının sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.
Videonu qeydə alan sürücü ona imkan verməyərək, öz zolağı üzrə hərəkət etməyə başlayıb.
Hərəkətinə yol verilməməsinə əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin maşının sürücüsünə “lotusan sən?”, “səninlə görüşəcəyəm” deyərək, ardınca nalayiq ifadələr işlətməyə başlayıb.
Bu azmış kimi, daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq, həmin sürücünün hərəkətinə qəsdən mane olmağa çalışıb.
Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil “İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC”yə aiddir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək