Bakıda “Galenvagen” “protiv” getdi – POLİS İNKAR ETDİ (VİDEO)
Mayın 11-də paytaxtın Cəfər Xəndan küçəsində 90-ZL-002 dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” markalı avtomobilin sürücüsünün yolun hərəkət istiqamətinin əksinə hərəkət etməsi anı digər avtomobildəki kameraya düşüb.
Avtosfer.az-a istinadən xəbər veririk ki, görüntüləri qeydə alan sürücü may ayında bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə ərizə yazaraq sürücünün məsuliyyətə cəlb edilməsini xahiş edib. Ərizə Bakı Şəhər DYP İdarəsində araşdırılıb və vətəndaşa 08.02.2018-ci il tarixdə cavab olaraq bildirilib ki, “90-ZL-002 qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhərrəmli Zamiq Məhərrəm oğlunun qayda pozuntusu müəyyən olunmuş və həmim sürücü barəsində incibati icraata başlanılmışdır”.
Bu cavab vətəndaşı qane etmədiyinə görə yenidən DYP idarəsinə rəsmi müraciət edib. Bu dəfə müraciəti Binəqədi rayon DYP bölməsində araşdırılıb və 07.09.2018-ci il tarixdə Binəqədi rayon Polis Şöbəsinin rəisi polis polkovniki Namiq İsmayılovun imzası ilə sürücüyə cavab məktubu göndərilib. Məktubda vətəndaşa cavab olaraq bildirilib ki, “Araşdırma zamanı “Mercedes” markalı 90-ZL-002 qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarını pozması, yəni hərəkətin digər iştirakçıları üçün maneə yaratması faktı üzrə kifayət qədər sübutlar olmadığı üçün sürücünü inzibati məsuliyyətə cəlb etmək mümükün olmamışdır”.
Binəqədi rayon DYP-nin verdiyi cavabdan belə çıxır ki, kiməsə maneə yaratmırsansa, deməli əks istiqamətə çıxaraq yol hərəkəti qaydasını pozmaq qaydalar çərçivəsində olacaq. Cavabdan başa düşmək olur ki, qanun bahalı nömrələrlə idarə edilən avtomobillərin sürücülərinə şamil olunmur və onlar belə halda qayda pozmamış sayılır. Lakin hansısa digər ucuz markalı və sadə qeydiyyat nişanlı avtomobili ilə sağdan ötmə edən avtomobilin sürücüsü “Avtoxuliqan” etmiş sayılır.
Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, ölkədə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olarsa cəmiyyət düzgün formalaşacaq. Lakin görünür ki, Binəqədi rayon Polis İdarəsi cəmiyyətdəki qanunsuzluqlara qarşı ictimai nəzarətə hörmətsiz yanaşır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...