XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Marixuana çəkib maşın sürən şəxs saxlanıldı

Marixuana çəkib maşın sürən şəxs saxlanıldı

Marixuana çəkib maşın sürən şəxs saxlanıldı
21-05-2022, 20:30

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.


DİN-dən verilən məlumata görə, Ağdam rayon sakini Cavid Abbaszadənin idarə etdiyi “Mercedes” markalı avtomobilin ön dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

Polis şöbəsində C.Abbaszadə barəsində toplanan materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə barəsində qanunamüvafiq tədbir görülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.