Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
Dünən gecə saatlarında Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyat vasitəsini idarə edən Fərid Məmmədovun idarə etdiyi avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəzarət qaydasında saxlanılan 99-SP-951 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomaşının 30 yaşlı sürücüsünün hərəkətlərində şübhəli məqamlar olduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə aparılıb.
Burada sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək