SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daha bir rektor haqda ilginc iddialar...

Daha bir rektor haqda ilginc iddialar...

Tarix:

18-02-2021, 13:48

/ 845 dəfə oxundu.
Daha bir rektor haqda ilginc iddialar...

Keçmiş adı Xalq Təsərrüfatı İnstitutu, indiki adı İqtisad Universiteti olan ali təhsil ocağı həmişə ancaq neqativ məsələlərdə öndə olub.
Hətta bu təhsil ocağı ( adamın ocaq deməyə dili də gəlmir ) hələ sovet dönəmində rüşvət ocağı kimi tanınırdı.
Yəqin yaşlı nəsil bilir ki,keçmiş sövet dövlətində ancaq bir dəfə ali təhsil ocağını yerli-dibli bağlayıblar. Xalq arasında hamının “Narxoz” dediyi institut sözün həqiqi mənasında təhsilimizə “qara ləkə” idi.
Həmin dövrdə “Narxoz”u Voznesenski adına Leninqrad İqtisad İnstitutunun quyruğuna bağladılar. Sonrakı müstəqillik dönəmində yenidən bərpa olundu İqtisad Universiteti kimi. Amma bu “qara ləkə “ elə üstündə qaldı.
Müəmmalı tərcümeyi- halı olan Ədalət Muradov ADİU-nə rektor təyin olunanda ilk sözü bu oldu:
“Çalışacam “Narxoz”un üstündəki “qara ləkəni” götürüm”.
Öncə Ədalət Muradovun tərcümeyi-halına nəzər salaq.
1962-də anadan olub, 1979-da Bakıda kimya-bioligiya təmayüllü məktəbi bitirb. İranlılar demiş xeyli xub.
Ən prestijli məktəbi bitirən gənc Ədalət Muradov niyə ali məktəbə qəbul olmadı?
Sonrakı illərdə də sovet ordusunda qulluq etdi. Bəs sonrakı 3 ili harada olub, nə ilə məşğul olub?
Suallara cavab yoxdur.
1985-ci ildə Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Ədalət Muradovun həmyaşıdları çoxdan ali məktəbi bitirib, hansısa sahədə çalışır. 24 yaşlı Ədalət Muradov isə indi 1-ci kursa gedir. Özü də..
Axı, bu adam kimya-biologiya üzrə təmayüllü məktəb bitiribsə, iqtisadiyyat fakültəsi nə üçün?
Bir sözlə, Ədalət müəllimin tərcümeyi-halında xeyli müəmmalar var.
Biz hələ digər media orqanlarının yazdıqları Ədalət Muradovun elmi işinin plagiat-köçürmə olmasını, professor adının saxta olmasını və digər məsələləri demirik.
Bu adam niyə bir mətbuat konfransı çağırıb bu qaranlıq məsələlərə aydınlıq gətirmir?
Axı, özünün qaranlıq məsələlərinə aydınlıq gətirməyən rektor “NARXOZ”un alnından ''qara ləkəni'' necə silə bilərdi..?
Bir sözlə, Ədalət Muradovun ADİU-nə rektor gəlməsindən sonra mətbuatda rektorun qayıb biznesi, yəni dərsə gəlmə saylarını gizlətmək və sonra hesablayıb haqq-hesab etmək, imtahanlarda rüşvətin daha da artması kimi biabırçı hallar daha da artdı.
Yeri gəlmişkən, mediada və sosial şəbələrdə geniş müzakirəyə səbəb olan bir məsələni də yada salmağa dəyər.
Həmişə adında olduğu kimi ƏDALƏT-dən danışan rektor Muradov neçə ildir ki, başqasının əmlakını zəbt edib.
Məlumat üçün qeyd edək ki, ADİU-nə yeni korpusun tikintisi üçün yer lazım olanda rektorun göstərişi ilə Yasamal rayonu ərazisində vətəndaşa məxsus olan mülkiyyət zəbt olunub və məhkəmə çəkişməsi hələ də davam edir.
Özünü sivil insan, modern rektor kimi göstərməyə çalışan Ədalət Muradov bilmir ki, nəinki indi, hətta orta əsrlərdə mükiyyət, əmlak toxunulmaz olub.
Zəbt etmək bir yana, hələ üstəlik bu zəbti hüquqi yolla, məhkəmə vasitəsilə həll etmək istəyir. Və bunun üçün Yasamal rayon məhkəməsinə müraciət edir.
Mediada Ədalət Muradovla bağlı nələr yazmırlar.
Ədalət Muradov haqda kəskin ittihamlar var; onun rəhbərlik etdiyi ali məktəbdə dözülməz şərait yaratdığı, 40 nəfərdən ibarət qohum-əqrəbasını universitetdə işə götürdüyü, təcrübəli və savadlı müəllimləri sıxışdırdığı deyilir. Hələ ADİU-nun Dərbənd filialından Bakıya köçürmənin qiyməti lap 10 min dəfə çox sağolu keçib.
Bir sözlə, Ədalət Muradovun rektor olduğu ali təhsil ocağı adını dəyişsə də, köhnə mahiyyətini saxlayıb.
Mirzə Cəlil demişkən, “Haman göl, haman qurbağa “ . //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ