SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MTN-nin qohumunu narkotiklə tutduğu rektor və direktor haqda müdhiş iddialar

MTN-nin qohumunu narkotiklə tutduğu rektor və direktor haqda müdhiş iddialar

Tarix:

19-01-2017, 00:07

/ 4 193 dəfə oxundu.
MTN-nin qohumunu narkotiklə tutduğu rektor və direktor haqda müdhiş iddialar

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Maliyyə İqtisad Kolleci (MİK) dövlətin təhsil siyasətini baltalayır

Hər iki təhsil müəssisəsi gələcəyə perspektivli kadr yetişdirmək missiyasını üzərinə götürüb. Amma rektor Ədalət Muradovla kollec direktoru Həmzə Ziyadov rüşvət hüceyrələrini inkişaf etdirir.

Şəmsəddin Hacıyevin yerinə təyin olunmuş Ədalət Muradov sələfinə rəhmət oxudur.

Onun peşəkar maliyyəçi və iqtisadçı olmasına baxmayaraq, ADİU-nu idarəçilik prinsipləri qeyri-şəffaf əməliyyatlar üzərində köklənib. Yeni rektor təhsil nazirini də saymır.

Onun yalnız Prezident Administrasiyasında himayəçilərinə hesabat verdiyi söylənir. ADİU isə Ə.Muradovun əsarətindən qurtuluş gününü gözləyir.

İddialara görə, universitet kluarlarında rektor barəsində söz-söhbətlər dolaşır. Onun bu posta layiq olmadığı bildirilir. Səbəb kimi isə reputasiyasının sağlam olmaması göstərilir.

Belə ki, bir müddət əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatda Ədalət Muradovun qardaşı oğlu narkotiklə saxlanıb.

Rektorun qardaşı oğlu külli miqdarda narkotik maddə ilə ələ keçib. Bu hadisədən sonra Ə.Muradov əlaqələrini işə salaraq qohumunu həbsdən xilas edə bilib.

Rektor qardaşı oğlunun cinayətinə görə baş ağrısı görüb. Ona görə də ADİU-da danışırlar ki, qohumu narkotiklə tutulan şəxsin rektor olmağa mənəvi haqqı çatmır.

Xəbərə görə, universitetin nəzdindəki Maliyyə İqtisad Kolleci də dərəbəyikdir.

Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, digər inzibati xətalar cəmiyyətin həmin kollecə olan marağını alt-üst edib.

Maliyyə İqtisad Kollecinin bir qrup tələbəsi təhsil aldıqları bu müəssisədə rüşvət yığımlarının durmadan artdığını iddia edirlər.

Məlum olduğu kimi bu gün Maliyyə İqtisad Kollecində Mühasibat uçotu, Maliyyə işi, Bank işi, Vergi və Vergitutma, Sığorta, Statistika, Gömrük işi ixtisasları üzrə 1500 tələbə təhsil alır.

Onların 1000 nəfəri əyani şöbədə, 500 nəfərə yaxın tələbə isə qiyabi şöbədə təhsil alır. Kollecdə 130 müəllim işləyir.

Aldığımız məlumatda isə bildirilir ki, kollecin şöbə müdiri Mehriban Məmmədova rəhbərliyin təlimatlarına istinad edərək, hazırlıq səviyyəsindən asılı olmayaraq bütün tələbələrdən hər imtahana görə 50 manat pul tələb edir. Bu ittihamlar yazılı və elektron mediada da yer alıb.

Onu da deyək ki, Azərbaycan Dövlət İqtisad Universitetində rüşvət tüğyan edir, Ədalət Muradovun rüşvət piramidasında Qabil Manafov, Vəkil Hüseynov, Tofiq Osmanov və Damət Bağırov kahinlik olundadır. PA-ya və Baş Prokurorluğa məktublar ünvanlanıb. Görünən budur ki, iqtisad adını daşıyan iki təhsil ocağı bərbad günə qalıb.

Şərhlər

XƏBƏR LENTİ