XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Bu hallar avtoxuliqanlıq hesab ediləcək

Bu hallar avtoxuliqanlıq hesab ediləcək

Bu hallar avtoxuliqanlıq hesab ediləcək
22-01-2021, 10:56

Avtoxuliqanlıq xətasının törədilməsinin aşkarlanması yeni qaydada müəyyənləşəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir. Sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:

- aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;

- avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;

- avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.

Eyni zamanda layihə üzrə bəzi dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təklif edilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.