Masallıda "avtoşluq" etdiyi üçün həbs olunan sürücü bu məmurun oğludur - İLGİNC
Masallıda avtoxuliqanlıq edən sürücünün videosu yayılıb.
Xalqxeber.az KONKRET.az-a istinadla xəbər verir ki, 90-LR-002 qeydiyyat nişanlı BMW markalı avtomobilin sürücüsü Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməyə başlayıb. O, hərəkət hissəsində avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb və yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq edib.
Həmin avtoxuliqanlıq əməlini törədən sürücü Y.İsmayılov və avtomobilin sahibi M.Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Y.İsmayılov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs olunub, M.Fəttahlı isə cərimə olunub.
Avtosfer.az-a verilən məlumata görə, avtoxuliqanlıq əməlini törətdiyinə görə həbs olunan Y.İsmayılov Lənkəran şəhər 1 saylı notariat ofisinin rəhbəri Səfər İsmayılovun oğludur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...