SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazirlik bu çimərlikləri istifadəyə yararlı elan etdi

Nazirlik bu çimərlikləri istifadəyə yararlı elan etdi

Tarix:

4-08-2020, 16:21

/ 1 412 dəfə oxundu.
Nazirlik bu çimərlikləri istifadəyə yararlı elan etdi

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib ki, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ