SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nabran çimərliyi ilə bağlı MÜƏMMA: Bələdiyyə sədri “çimmək olar” deyir, nazirlik əksini söyləyir

Nabran çimərliyi ilə bağlı MÜƏMMA: Bələdiyyə sədri “çimmək olar” deyir, nazirlik əksini söyləyir

Tarix:

23-07-2019, 09:42

/ 775 dəfə oxundu.
Nabran çimərliyi ilə bağlı MÜƏMMA: Bələdiyyə sədri “çimmək olar” deyir, nazirlik əksini söyləyir

Havaların istiləşməsi ilə insanların çimərliklərə axını da başlayıb.

Lakin bəzi çimərliklərin istifadəyə yararsız olmasına baxmayaraq, onlardan istifadə xəstəlik riskini artırır. Xatırladaq ki, iyulun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıb.

Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib ki, analizlərin nəticələrinə görə, Xaçmaz rayonunun Nabran bələdiyyəsi ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün yararsızdır.

Məsələ ilə bağlı açıqlama verən Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimov da həmin vaxt qadağa ilə bağlı rəsmi məktubu hələ almadıqlarını bildirsə də, bu gün Cebhe.info əməkdaşı ilə söhbətində fərlqi fikirlər səsləndirib.

O deyib ki, Nabran çimərliyindən qanuni şəkildə çimməyə icazə verilib və çimmək olar.

Nabran bələdiyyəsinin sədri Qüdrət Qədimovun dediklərini dəqiqləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Nabran çimərliyindən istifadəyə icazə verilməyib: “Dəniz suyu mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün yararsızdır”.

Amma bələdiyyə sədrinin sözlərindən aydın olur ki, ərazidə çimərliklərdən istifadə edənlər var. Bəs çimərliyin vəziyyəti barədə qəti qərarı kim verməlidir və buna görə məsuliyyəti kim daşıyır?

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ