Nabran çimərlikləri yararsızdır
Nabran ərazisi çimərlik üçün yararsız hesab olunur. Bu sözləri Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov şimal və cənub bölgələrində fəaliyyət göstərən çimərliklərlə bağlı monitorinqlərin nəticələrinə əsasən deyib.
O bildirib ki, şimal bölgəsində Yalama, İstisu, Seyidlər və digər çimərliklərdən dəniz suyu və dib çöküntüləri nümunəsi götürülüb:
“ Aparılmış laborator təhlillərin nəticəsində məlum olub ki, Nabran ərazisi çimərlik üçün yararsız hesab olunur. Bu səbəbdən vətəndaşlara daha yararlı çimərliklərdən istifadə etmək məsləhət görülür.
Cənub bölgəsindəki sahilboyu çimərliklərdən də analoji nümunələr götürülüb. Təhlillərə əsasən digər bölgələrə nisbətən Lənkəran və Astara çimərlikləri yararlı hesab olunur.
Nazirlik olaraq bizim məqsədimiz heç də istirahət mərkəzlərini, iaişə obyektlərini cərimələmək deyil. Biz sadəcə onlara xəbərdarlıq etmişik ki, çimərlik mövsümü başlayana kimi bioloji təmizlik qurğularını qursunlar. Ancaq təssüflə bildirirəm ki, bu xəbərdarlığımıza əməl olunmayıb”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur