Bu çimərliklərdə mikrob aşkarlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 24-27 iyun tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
İdarənin direktoru Ərəstun Həsənov analizlərin nəticələrinin bundan əvvəl keçirilən monitorinqlərin nəticələri ilə eyni olduğunu deyib.
O bildirib ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.
ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib:
"Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu isə çimərlik məqsədilə qeyri qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olub həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir".
Ə.Həsənovun sözlərinə görə, hər həftə ETSN-in mütəxəssisləri çimərliklərdə monitorinqlər keçirəcək, dəniz suyundan nümunələr götürəcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək