XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Həbs olunacağı deyilən yüksək ranqlı məmur kimdir? - İDDİA

Həbs olunacağı deyilən yüksək ranqlı məmur kimdir? - İDDİA

Həbs olunacağı deyilən yüksək ranqlı məmur kimdir? - İDDİA
4-05-2020, 18:21

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun nazir və komitə sədrlərindən bəzilərinin həbsini anonsa etməsi gündəmin əsas müzakirə olunan məsələlərdindən bidir.

Bizimxeber.az xatırladır ki, icra başçılarının həbsinə münasibət bildirən Siyavuş Novruzov prosesin bununla məhdulaşmayacağını bildirib və əlavə edib ki, nazir və komitə sədrləri də həbs oluna bilər. “Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var.

Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, eləcə də öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, eləcə də yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”, - deyə YAP-cı deputat vurğulayıb.

İddialara görə, hədəfdə olan yüksək vəzifəli məmurlardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdur. Bildirilir ki, yaxın vaxtlarda o tutduğu vəzifədən azad edilə bilər. Hətta Cavid Qurbanova həbs təhlükəsinin olduğunu iddia edənlər də var. Bu günlərdə onun 2018-ci ildə Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında etdiyi çıxışın görüntülərinin yayılması datəsadüfi sayılmır.

Həmin vaxt deputat olan Cavid Qurbanov Vergilər Nazirliyindəki kadr dəyişiklikləri barədə danışarkən belə bir fikir işlədib: “Artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər”. Cavid Qurbanovun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və onun məsələyə bu cür yanaşması tənqid edilib.

Cavid Qurbanov vaxtaşırı mətbuatda tənqid olunan məmurlar kateqoriyasına daxildir. O həm də oliqarx məmurlardan hesab olunur. Nəzərə alsaq ki, hakimiyyətin apardığı islahatlar kampaniyası həm də iqtidardarı oliqarx məmurlardn təmizləməyə hesablanıb o zaman Cavid Qurbanovun karyerasının son akkordlarını vurduğunu söyləmək olar.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.