XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Səhiyyə Nazirliyi nə zamana qədər Sabunçu xəstəxanasına göz yumacaq?- Aparıcıdan xəstəxanaya sərt ittiham

Səhiyyə Nazirliyi nə zamana qədər Sabunçu xəstəxanasına göz yumacaq?- Aparıcıdan xəstəxanaya sərt ittiham

Səhiyyə Nazirliyi nə zamana qədər Sabunçu xəstəxanasına göz yumacaq?- Aparıcıdan xəstəxanaya sərt ittiham
14-04-2017, 16:15

“Bu Səhiyyə Nazirliyi nə zamana qədər Sabunçu xəstəxanasına göz yumacaq? Nə zamana kimi ora qəssab yığıncağı olacaq?”.
Məlumata görə, bu sözləri aparıcı Zemfira Adıgözəlova deyib.
Həkimlərdən şikayətlənən aparıcı başına gələn hadisəni belə qeyd edib:
“Bunları camaatın sağlamlığı yox, cibləri maraqlandırır. Təcili yardımla gələn ağır xəstəni necə iki gün palatada saxlayıb, kənardan gələn xəstəni aparata salırlar? Yatan xəstəyə “sıran çatmayıb, gözlə” demək olar? İki gündən sonra xəstəni "mrt" edib, cavabını yaxınlarından gizlətmək olar? Deyirlər pul verin deyək nə var, nə yox. Harda yazılıb bu?”.
Z.Adıgözəlova əməkdaşımızla söhbətində əmisi qızının səhhətində problem yarandığını deyib:
"Əmim qızının halı pisləşib, ən ağır şəkildə təcili yardımla xəstəxanaya aparıblar. Həkim deyib ki, qulağında çirk var, beyninə dola bilər. Aradan iki gün keçib, hələ yoxlamamışdılar. Zəng vurub dava edəndən sonra, yoxlanış olub. Bu gün deyirəm, cavabı söyləyin. Bu dəfə də pul tələb edirlər. Mənim özümü, nə qədər yaxınlarımı ora şikəst edib. Palatalar xəstələrlə doludur, tibb bacıları girib onları yoxlamır. Bu biabırçılıq nə qədər davam edəcək bilmirəm".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.