Bakıda “Təcili yardım”ın xəstəni aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb
Bakının Xəzər rayonunda "Təcili yardım" həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb.
Bu barədə mərhumun valideynləri məlumat verib.
Belə ki, Zirə qəsəbəsində 1993-cü il təvəllüdlü Mailova Məlhəm Heybət qızı qan təzyiqinin aşağı düşməsi səbəbindən "Təcili yardım" xidmətinə müraciət edib. M.Mailovanın çağırışına gecikən "Təcili yardım" xidmətinin həkimi ona iynə (əzələdaxili inyeksiya) vurub. Bu isə əks təsir göstərib. M.Mailovanın halının kəskin dəyişdiyini görən valideynləri həkimdən gənc qızı xəstəxanaya aparılmasını tələb edib. Ancaq "Təcili yardım" xidmətinin həkimi bundan boyun qaçırıb. Nəticədə M.Mailova ölüb.
Gənc qızın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, "Təcili yardım" xidmətinin həkimi Həkim Məsləhət Komissiyasına çağırılıb: "Onun rəyi alınacaq. Faktla bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq və o, işdən azad olunub məsuliyyətə cəlb ediləcək".

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub