Gömrük Hospitalı İcbari Tibbi Sığorta göndərişi ilə gələn xəstəni qəbul etmədi
“İcbari Tibbi Sığortanın göndərişi ilə ölüm ayağında gətirdiyimiz bacım Ülviyyəni Mərkəzi Gömrük Hospitalı qəbul etmədən geri qaytardı”.
Bunu Bizimyol.info saytına açıqlamasında Yevlax rayon sakini Telman Sadıqov deyib. O bildirir ki, 2014-cü ildə ondan bacısına orqan transpalnasiyası yolu ilə qaraciyər köçürülüb. “Bacım Ülviyyə Sadıqovanın əməliyyatına 100 min dollarədək xərc çəkilib. Nə qədər bankdan kredit götürdük, hələ də borcdan qurtara bilmirik. Xeyirxah insanların da maddi yardımı ilə orqan köçürməsi baş tutdu. Buna görə də bacısıma I qrup əlillik dərəcəsi verilib. Bundan sonra həm əməliyyatı edən həkim tərəfindən, həm də Yevlax Mərkəzi Xəstəxanası tərəfindən nəzarətdə olub. Ancaq bu qədər ciddi əməliyyat kerçirən xəstəyə qarşı Yevlax xəstəxanasında etinasız yanaşırdılar. Vəziyyəti kəskin pisləşdikdən sonra digər xəstəxanalara göndərişlər verildi. Amma artıq gecdir və məlum olur ki, vəziyyət həddindən artıq pisdir, qarnına su yığılmağa başlayıb”.
T.Sadıov bildirir ki, bu gün İcbari Tibbi Sığorta tərəfindən Mərkəzi Gömrük Hospitalına göndəriş verilib və səhər saat 9-dan təcili yardım maşını ilə onu Gömrük Hospitalına çatdırıblar. “Ölüm ayağında olan xəstə saatlarla gözlədikdən sonra hospital qəbul etmədi və onu yenidən təcili yardım maşını ilə rayona qaytardılar. Bildirdilər ki, onun problemi hospitala aid deyil. Amma orqan köçürən həkim Mircəlal Kazımi də burada işləyir və ondan başqa heç kim müalicə etmir. Ancaq buna baxmayaraq, xəstəni geri qaytardılar”.
Bizimyol.info məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalına sorğu ilə müraciət edib. Hospitaldan bildiriblər ki, araşdırma aparılıb.
“Sizə bildirmək istərdik ki, xəstəni qəbul etməmişdən əvvəl, xəstənin Mərkəzi Gömrük Hospitalına gətirilməyi barədə hospitala və hospitalın Baş həkiminə məlumat verilməli idi.
Nəzərinizə çatdırmaq istərdik ki, 18.03.2019-cu il tarixində xəstəyə Mərkəzi Gömrük Hospitalında 2 gün xidmət göstərilib.
Daha sonra isə, konservativ-terapevtik müalicə üçün uyğun şərait olmadığına görə xəstə bizim Təcili yardım xidməti ilə Yevlax rayonu Mərkəzi Rayon Xəstəxanasına köçürülüb” deyə hospitaldan verilən cavabda qeyd edilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH