Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi
Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti pisləşib
Aktrisa açıqlamasında bildirib ki, hazırda xəstəxanadadır.
Həkim nəzarətində olan N.Allahverdiyeva analizlərinin cavabını bu gün alacağını deyib:
"Səhhətimdəki problemin nə olduğunu bilmirəm. Həkimlər hələ məni xəstəxanada saxlayırlar. Bura gətiriləndə də özümdə olmamışam. Təzyiqim çox yüksəkdir. İki gündür halım pisləşib. Nə qədər dərman içirəm təzyiq düşmür.
Biri deyir əsəbdən, biri deyir yediklərindən bu hala qalmısan. Bir müddət əvvəl də belə olmuşdum. Əsəbdən kriz keçirirdim. Məni onda da pis vəziyyətdə xəstəxanaya çatdırmışdılar. Analizlərimin cavabı bu gün bəlli olacaq. Həkimlər xəstəliyimin nə olduğunu bu gün biləcəklər".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır