SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » PREZİDENTDƏN YENİ TƏYİNAT- Rövşən Cavadov kimdir?

PREZİDENTDƏN YENİ TƏYİNAT- Rövşən Cavadov kimdir?

Tarix:

3-03-2020, 13:03

/ 1 980 dəfə oxundu.
PREZİDENTDƏN YENİ TƏYİNAT- Rövşən Cavadov kimdir?

Azərbaycan Prezidenti İlham Əliyevin 02 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Bu barədə ARDNF məlumat yayıb.

Bildirilib ki, R.Cavadov 2014-cü ildən hazırki tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

Şərhlər

XƏBƏR LENTİ