Novruz Məmmədov Neft Fondunun iclasını keçirdi - valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi...
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.
Müşahidə Şurası tərəfindən Hesablama Palatasının rəyi nəzərə alınmaqla ARDNF-in 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən ARDNF-in idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-in icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq ARDNF-in 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 mln. manat, xərclərinin 11 595,2 mln. manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 mln. manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb və müvafiq olaraq ARDNF-in büdcə layihəsi, o cümlədən ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-in idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və ARDNF-in 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.
İclasda eyni zamanda "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"da təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var