SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » ARDNF rəhbəri "Credit Agricole" bankının baş direktorunun müavini ilə görüşüb

ARDNF rəhbəri "Credit Agricole" bankının baş direktorunun müavini ilə görüşüb

Tarix:

12-05-2017, 14:05

/ 87 777 dəfə oxundu.
ARDNF rəhbəri "Credit Agricole" bankının baş direktorunun müavini ilə görüşüb

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovla Fransanın “Credit Agricole Corporate & Investment” bankının baş direktorunun müavini Reji Monfronun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə Fondun mətbuat xidmətindən məlumat verilib.
Ş.Mövsümov qonaqlara ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Cənub Qaz Dəhlizi layihəsi, Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.
Görüşdə ARDNF-nin Fransadakı mövcud investisiyaları və gələcək investisiya imkanları, “Credit Agricole Corporate & Investment” bankı ilə əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.

Şərhlər

XƏBƏR LENTİ