SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » YAP-ın Kəpəz rayonundakı namizədi İlqar Məmmədovun tərəfdarı rolunda

YAP-ın Kəpəz rayonundakı namizədi İlqar Məmmədovun tərəfdarı rolunda

Tarix:

13-01-2020, 11:10

/ 1 106 dəfə oxundu.
YAP-ın Kəpəz rayonundakı namizədi İlqar Məmmədovun tərəfdarı rolunda

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 39-saylı Kəpəz birinci (Gəncə) seçki darəsindən irəli sürülmüş olan Müşfiq Cəfərovdur...
Bu namizədlə bağlı maraqlı məlumatlar daxil olub. Məlumat üçün bildirək ki, 1981-ci il 26 iyulunda Gəncə şəhərində anadan olan Müşfiq Cəfərov Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hal-hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) “mühəndislik və menecment iqtisadiyyatı” fakultəsinin “aqrar istehsalatı iqtisadiyyatı və idarəedilməsi” ixtisası üzrə bakalavr pilləsini bitirib. Hal-hazırda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışır, ixtisas dərəcəsi kiçik müşavirdi.

Müşfiq Cəfərovun bu günkü mövqeyi Yeni Azərbaycan Partiyasına və hakim komandaya aid olsa da onun yaxın keçmişində müəmmalı siyasi bağlantılar var. Belə ki, aşağıda təqdim etdiyimiz video rolik 2009-cu ildə Respulikaçı Alternativ Hərəkatının (REAL) rəhbəri olan İlqar Məmmədovun sədirliyi ilə Gəncədə keçirilən ilk toplantıdandır. Həmin video görüntünün 01:43-cü dəqiqəsinə diqqətlə baxsanız Yeni Azərbaycan Partiyası tərəfindən, 09 fevral Parlament seçkilərinə keçiriləcək olan növbədən kənar seçkilərdə iştirak edəcək, namizədi Müşviq Cəfərovu görə bilərsiniz. İndi deyəcəksiniz ki, yəqin cəsus tipində, hakim partiya tərəfindən onların içinə salınıb, xeyir tam əksi REAL Müşfiq Cəfərova, daima dəstək olmuş, onun inkişafına kifayyət qədər həsaslıqla yanaşmışdırlar. Ancaq siyasi karyera və kapital toplantısı perespektivini əks düşərgədə görən Müşfiq Cəfərov sonradan köhnə dostlarını yarı yolda qoydu. M. Cəfərovla bağlı daxil olan məlumatlarda onun Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi olduğu müddətdə maklerlər vasitəsi ilə idman məktəbləri, inventarlar, gənc idmançıların ezamiyyə pulları ilə bağlı maxinasiya hallarından da bəhs olunur ki, bu məqama növbəti yazımızda toxunacayıq.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ