SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "HAKİM RAMİN QULİYEV MƏNDƏN KÜLLİ MİQDARDA PUL TƏLƏB ETDİ"

"HAKİM RAMİN QULİYEV MƏNDƏN KÜLLİ MİQDARDA PUL TƏLƏB ETDİ"

Tarix:

7-01-2020, 14:09

/ 3 843 dəfə oxundu.
"HAKİM RAMİN QULİYEV MƏNDƏN KÜLLİ MİQDARDA PUL TƏLƏB ETDİ"

Bu həmin hakim Ramin Quliyevdir ki, atası Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu yaxınlarda rüşvət üstündə həbs edilmişdir"
Redaksiyamıza Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 6, N.Məcidov küçəsi, ev 45 ünvanında (Əlaqə telefonu: (050) 396 61 42) yaşayan Həsənov Rafil Abasət oğlunün Prezident cənab İlham Əliyevə, surəti Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə şöbə müdiri Fuad Ələsgərova, Ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasının Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunun müdiri Namiq Cəfərova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Baş prokuror Zakir Qaralova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımova, Nərimanov rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinin sədrinə ünvanlı müraciəti daxil olub.

Müraciət Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyev, sədri Tofiq Paşayev və "Qız Qalası" MTK-nın rəhbəri İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") qanunsuz hərəkətləri və məhkəmədəki korrupsiya halları barədədir.

Müraciətdə deyilir:

"Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində məqsədyönlü islahatlar aparılaraq bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, insanların müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr yaradılıb, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli işlər həyata keçirilib.

Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə qərarlarının ədalətliliyi, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi və vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması daim diqqət mərkəzində saxlanılır. Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.

Təəssüf hissi ilə qeyd edirəm ki, MTK-larla bağlı bəzən qarşılaşdığımız neqativ hallar, qanunsuzluqlar bizi narahat edir. Belə hallarda biz hüquq-mühafizə orqanlarına güvənir və dərhal onlara müraciət edirik. Lakin daha da təəssüf hissi ilə qeyd edirəm ki, bəzən belə neqativ hallarda məhkəmə hakimləri və ümumiyyətlə, məhkəmələr öz vəzifə və səlahiyyətlərindən istifadə edərək bu halların daha da dərinləşəməsi üçün MTK-ın sıravi vətəndaşlara olan qanunsuz əməllərini daha da artırır. Qeyd etmək istəyirəm ki, məlumunuz olduğu kimi, ölkədə MTK-larla bağlı çox ciddi problemlər var və bu problemlərin həll yolu bu sahədə ciddi nöqsanlar törədən şəxslərin cəzalandırılmasıdır. Lakin təəssüf hissi ilə qeyd edirəm ki, əksinə, hüquq-mühafizə orqanları, ən əsası isə məhkəmələr bu nöqsanları ört-basdır edirlər.

Mən yuxarıda əsassız qeyd etmədim ki, məhkəmə hakimləri vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər. Bəli, qeyd etmək istəyirəm ki, məhz mənim işimə baxan Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyev cəzasızlığa arxalanaraq bu əməli törətmişdir. Onun barəsində, ümumiyyətlə, Nərimanov rayon Məhkəməsindən ciddi şikayətlər var. Bildiyiniz kimi, bu həmin hakim Ramin Quliyevdir ki, atası Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bu yaxınlarda rüşvət üstündə həbs edilmişdir. Həmçinin, məhz məhkəmə sədri Tofiq Paşayevin də mənim məhkəmə işində İsfəndiyar Axundovla əlaqədə olmağı açıq-aşkar görünür. Mənim məhkəmə işimdə hakim açıq-aşkar korrupsiya halına yol verərək, qanunsuz məhkəmə qətnaməsi qəbul etmişdir. "Qız Qalası" MTK məndən qanunsuz olaraq 25.000 manatdan çox pul vəsaiti almışdır. Məhkəmə mənə "bu pul qanunsuz idisə, niyə verirdin" - sualı vermişdir. Əslində, məhkəmə özü biliridi ki, bu qanunsuz pul tələbidir. Sadəcə, mən məcburiyyət qarşısında evi satmışam və evi satanda mənə sənədləşmə işini etməyəcəyini deyən Axundov İsfəndiyara 25.000 manatdan artıq pul vəsaitini boşuna vermişdim. İsfəndiyar Axundovun MTK-sı qanunsuz olaraq mənim 2013-cü ildə aldığım və müqaviləsində 230 kv.m yazılan evimin 2019-cu ildə sahəsinin artaraq 255 kv.m olduğunu əsas gətirmiş və məndən qanunsuz pul tələb edirdi. Mən də məhkəməyə müraciət edərək məndən tələb olunan 25.240 manatın əsassız olduğunu sübuta yetirmək üçün ekspertiza təyin edilməsini və evin dəqiq sahəsinin müəyyən edilməsini xahiş etmişdim. Məhkəmə ekspertizası müəyyən etmişdir ki, ümumiyyətlə, heç mənim evim 230 kv.m də deyilmiş. Halbuki Axundov İsfəndiyar 2013-cü ildə məndən 1 kvadarat metri 1000 manat olmaqla 230.000 manat pul almışdır və borcumun olmamasına dair maliyyə arayışı vermişdir. Məhkəmə gedişatında zərurətlə əlaqədar cox ciddi pul sıxıntılarım olduğundan evi satmaq məcburiyyətində qaldım. Ekpsert rəyi belə verilmişdir ki, mənim evimin sahəsi heç 230 kvadat da deyil. Mən bu sənədlərlə İsfəndiyar Axundovun yanında olmağıma baxmayaraq, bunun əsassız olmasını bildirsəm də, mənə "budur" deyib geri çəkilməmişdir. Məcburiyyət qarşısında evi yeni müqavilə ilə və müqavilədə 255 kvadrat metr sahə yazılmaqla satdım. Bu adam açıq-aşkar mənim pulumu mənimsədi. Məhkəmədə iddiamı dəyişdirib artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etdim. Lakin hakim Ramin Quliyev bu işin həlli üçün məndən külli miqdarda pul tələb etdi. Məhkəmə iclas zalında mənə açıq şəkildə dedi ki, "bu işin alınması üçün sən o pulun bir hissəsini müəyyən yerlərə xəcləməlisən". Mən də öz növbəmdə ona şikayətimin əsaslı, qanuni olduğunu və heç kimə heç nə verməyəcəyimi bildirdim. Həmin məhkəmənin gedişatında hakim Ramin Quliyev məni sıxmağa başladı. Axundov İsfəndiyarın adamı tez-tez məhkəmə binasında görünürdü və əminəm ki, o, hakim Ramin Quliyevə və sədrə rüşvət verərək qanunsuz qətnaməni qəbul etdirmişdir. Məhkəmədə hakim mənə irad tutaraq dedi ki, "sən notarial ərizə yazmısan ki, evə dair heç bir tələbin olmayacaq". Mən də bildirdim ki, "mənim evə dair heç bir tələbim yoxdur. Mən "Qız Qalası" MTK-dan qanunsuz olaraq 25 kv.m-ə görə məndən aldığı 25.240 manatı tələb edirəm".

Nəticə etibarı ilə Axundov İsfəndiyar, hakim Ramin Quliyev və sədr Tofiq Paşayev əvvəlcədən sövdələşərək rüşvət müqabilində qanunsuz məhkəmə qərarı qəbul ediblər. Bu, Axundov İsfəndiyarın birinci işi deyil. Onun bütün MTK-larında vəziyyət belədir. Mənzilim olan binada hazırda hamı ona qarşı iddia qaldırıb və ya şikayət edib. Bu yaxınlarda Əhmədli zonasında olan binada da mənzil sahiblərinin eyni halla bağlı kütləvi şikayəti olmuşdur. Hazırda həmin işlə bağlı araşdırma gedir və Axundov İsfəndiyar məhkəmə və digər hüquq-mühafizə orqalarını ələ alaraq bu qanunsuz əməllərini ört-basdır edir.

Mən Nərimanov Rayon Məhkəməsinin qanunsuz qətnaməsindən apellyasiya şikayəti vermişəm. Ancaq Bakı Apellyasiya Məhkəməsində də onun havadarları var. Bilirəm ki, artıq orda da işi udmaq üçün adamlarını hərəkətə gətirib.

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli cənablar!

Sizdən xahişim ondan ibarətdir ki, mənim şikayətim araşdırılsın. Nədən ki, mənə məhkəmə qərarından yuxarı instansiyalara müraciət etməyim tövsiyə olunur və şablon cavablar verilir. Əslində isə, bu kimi şikayətlər cənab Prezidentdən gizlədilir. Nəticədə, məhkəmə hakimləri qanunsuz qərarlar qəbul edir və buna görə cəzalandırılmırlar. Niyə?

Bir daha xahiş edirəm, mənim şikayətim araşdırılsın, hakim Ramin Quliyev, sədr Tofiq Paşayev və İsfəndiyar Axundov cəzalandırılsın ki, Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətimi icraata götürən hakim İsmayıl Xəlilova ediləcək təzyiqin və qanunsuz qətnamə çıxarılmasının qarşısı alınsın"

Müraciətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ