SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nizaməddin Quliyevin hakim oğlunun işləri əlindən alınıb

Nizaməddin Quliyevin hakim oğlunun işləri əlindən alınıb

Tarix:

27-12-2019, 00:26

/ 1 192 dəfə oxundu.
Nizaməddin Quliyevin hakim oğlunun işləri əlindən alınıb

Həbs edilən icra başçısının hakim oğlu fəaliyyətsiz qalıb...
Dekabrın 18-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən rüşvət və korrupsiya ittihamları ilə həbs edilən Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin hakim işləyən oğlundan xəbər var.

Gununsesi.org-a istinadən xəbər veririk ki, Nəriman Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub. Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.

Nizaməddin Quliyevin digər övladı Ramal Quliyev isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqdir.

Şərhlər

XƏBƏR LENTİ