SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » GENERAL ƏHMƏDOV BAKIDADIR – Sabiq DİN nazirinə yüksək vəzifə veriləcəyi gözlənilir

GENERAL ƏHMƏDOV BAKIDADIR – Sabiq DİN nazirinə yüksək vəzifə veriləcəyi gözlənilir

Tarix:

5-07-2019, 22:48

/ 3 229 dəfə oxundu.
GENERAL ƏHMƏDOV BAKIDADIR – Sabiq DİN nazirinə yüksək vəzifə veriləcəyi gözlənilir

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Bakıdadır və ona DİN sistemində yüksək vəzifə veriləcəyi gözlənilir.
Bu barədə “AzPolitika.info” xəbər yayıb.

Xatırladaq ki, Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə daxili işlər naziri vəzifəsindən azad edilmişdi. 50 yaşlı Əhmədovun “vurulmasının” səbəbləri haqda müxtəlif iddialar irəli sürülmüşdü. Onun Naxçıvanı tərk etməsinə də qeyri-rəsmi qadağanın qoyulduğu bildirilirdi.

Ə.Əhmədovun yenidən DİN sistemində yüksək vəzifəyə təyin olunacağı gözləntiləri onun bəraət almasından xəbər verə bilər.

Şərhlər

XƏBƏR LENTİ