XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » 31 yaşdan 17 il nazirlik edən Əhmədov... - Həbs edilən generalın DOSYESİ

31 yaşdan 17 il nazirlik edən Əhmədov... - Həbs edilən generalın DOSYESİ

31 yaşdan 17 il nazirlik edən Əhmədov... - Həbs edilən generalın DOSYESİ
9-03-2021, 13:43

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.


KONKRET.az xəbər verir ki, Əhməd Hüseyn oğlu Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi, 2000-ci ildə Naxçıvan şəhər Polis Şöbəsinin rəis müavini təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16 iyun 2000-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə gətirilib.

Naxçıvan Muxtar Respublikasının müxtəlif mükafatlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilib.

Ailəlidir. Dörd övladı var.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.