SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Alışanov qovduğu kadrları geri qaytarır - Etibar Babayev yenidən AzTV-də

Alışanov qovduğu kadrları geri qaytarır - Etibar Babayev yenidən AzTV-də

Tarix:

15-02-2018, 21:10

/ 2 188 dəfə oxundu.
Alışanov qovduğu kadrları geri qaytarır - Etibar Babayev yenidən AzTV-də

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov bir müddət əvvəl işdən çıxardığı əməkdaşlarını yenidən TV-yə qaytarmağa başlayıb.

BakuPost-un əldə etdiyi məlumata görə, sədr əvvəlcə uzun illər AzTV-də bədii rəhbər vəzifəsində çalışan, lakin 2015-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılan Etibar Babayevi öz postuna qaytarıb. Onun bu addımı atmasının səbəbi dəqiq bilinməsə də, ehtimal olunur ki, E. Babayev buna şəxsi əlaqələri vasitəsilə nail olub.

Xatırladaq ki, E. Babayev AzTV-dən 3 il əvvəl çıxarılıb. Həmin ərəfədə mediada yayılan məlumatlarda onun TV-nin rəhbər şəxsləri ilə münaqişəsinin olması göstərilirdi. Lakin bədii rəhbər heç kimlə münaqişəsinin olmadığını, işdən komandası il birlikdə öz istəyi ilə çıxdığını bildirmişdi. Sitat: "AzTV-dən uzaqlaşmaq fikrim çoxdan var idi. Xeyli vaxt düşünürdüm ki, kənarda bir prodakşın yaradım, film, serial çəkim, tamaşa qoyum. Çıxmağımızda məqsəd yaradıcılıq istiqamətini dəyişməkdir. Misal üçün, serial çəkmək istəyirsən, AzTV-də işləyə-işləyə isə bu ideyanı gerçəkləşdirmək qeyri-mümkündür”.

Bu açıqlamasının üzərindən 3 il keçməsinə baxmayaraq, bədii rəhbər nə prodakşın yaratdı, nə də serial çəkdi. Hətta ötən il komandası ilə birlikdə Lider televiziyasında işə başladı. Lakin onun Liderdəki işi cəmi 1 ay çəkdi.

İddiaya görə, bədii rəhbər AzTV-də işlədiyi vaxtda yuxarı dairələrlə yüksək əlaqələr qurub. AzTV-dən çıxarıldıqdan sonra bu əlaqələrindən istifadə edərək, özünə yeni iş quracağını düşünüb, lakin bu istəyinə nail olmadıqda özünə başqa TV-lərdə iş axtarıb. Liderlə 1 aylıq əməkdaşlıqdan məmnun qalmayan E. Babayev əlaqələrindən istifadə edərək yenidən "doğma televiziya”sına qayıtmaq istəyib və buna da nail olub.

Şərhlər

XƏBƏR LENTİ