SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Alışanov prezidentin ev verdiyi departament rəhbərini işdən uzaqlaşdırdı – AzTV-də daha bir qalmaqal

Alışanov prezidentin ev verdiyi departament rəhbərini işdən uzaqlaşdırdı – AzTV-də daha bir qalmaqal

Tarix:

19-01-2018, 13:03

/ 1 646 dəfə oxundu.
Alışanov prezidentin ev verdiyi departament rəhbərini işdən uzaqlaşdırdı – AzTV-də daha bir qalmaqal

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov televiziyanın daha bir yüksək vəzifəli şəxsini işdən uzaqlaşdırıb.

"BakuPost”un əldə etdiyi məlumata görə, sədr AzTV-nin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın şirkətdəki fəaliyyətinə son verib.

M. Məmmədova xeyli müddət işə gəlməyib. İşçilərə gah onun məzuniyyətə çıxdığı, gah da başqa işlə əlaqədar şirkətə gəlmədiyi deyilib. Lakin bir neçə gün öncə M. Məmmədovanın TV ilə yollarının ayrıldığı rəsmən elan edilib.

Mehriban Məmmədova AzTV-də 2 ildən çox çalışıb. Bundan əvvəl isə uzun müddət İTV-də müxtəlif vəzifələrdə olub. Onu da bildirək ki, prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Mehriban Məmmədovaya da ev verib. O, hətta prezidentin iştirak etdiyi yeni mənzillərin təqdim edilməsi mərasimində çıxış edən 2 jurnalistdən biri olub.

Bələ bir şəxsin qəfil işdən uzaqlaşdırılmasının səbiəbinə gəlincə, onun bir müddət əvvəl müavin postundan uzaqlaşdırılan, sədrin "qara siyahısı”na düşən Elsevər Dünyamalıyevlə yaxınlığı göstərilir.

"BakuPost"un əməkdaşı məsələ ilə bağlı açıqlama almaq üçün M. Məmmədovanın özü ilə əlaqə saxlayıb. Sabiq departament rəhbəri bununla bağlı danışmaq istəmədiyini deyib: "Mən bu məsələ ilə bağlı açıqlama vermək istəmirəm".

Xatırladaq ki, bir müddət əvvəl AzTV-nin "boz kardinalı” kimi məşhurlaşan E. Dünyamalıyevlə Arif Alışanov arasında "soyuq müharibə” başlayıb. İddia olunur ki, buna səbəb Alışanovun müavininin onun yerinə göz dikməsi və televiziyada, həmçinin aidiyyəti orqanlarda buna dair əlaltından işlər aparmasıdır. Onun gizli işlərindən xəbər tutan Arif Alışanov dərhal hərəkətə keçib və yüksək etimad göstərdiyi Dünyamalıyevin səlahiyyətlərini birdən-birə azaldıb. Sədr müavini ilk növbədə televiziyanın əsas departamenti sayılan və bütün dövlət qurumlarıyla əsas işlərin aparıldığı "Xəbərlər”ə nəzarəti itirib. Elə bundan sonra da Alışanov Elsevər Dünyamalıyevin əsas adamlarını da TV-dən, əsasən də "Xəbərlər”dən uzaqlaşdırılmağa başlayıb. Məlumata görə, onun özündən sonra işə qəbul etdiyi əməkdaşlar pərən-pərən salınıb, yaxud da İTV-yə "transfer” olunub.

Şərhlər

XƏBƏR LENTİ