AzTV-də dəyişiklik - Dilarə Səlimə vəzifə verildi
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişiklikləri olub.
Sədr Arif Alışanov qurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət televiziyasının "Xəbərlər” departamentinin baş redaktoru Lalə Məmmədovanı və onun müavini Aygün Budaqovanı vəzifələrindən azad edib. "Xəbərlər”in baş redaktoru vəzifəsinə isə AzTV-nin "Xəbərlər” proqramının aparıcısı, tanınmış jurnalist Dilarə Səlim təyin edilib.
Əldə etdiyimiz məlumata görə, kadr dəyişiklikləri səlahiyyətləri yenicə əlindən alınan sədr müavini Elsevər Dünyamalıyevə görə aparılıb. Belə ki, prezident sərəncamı ilə AzTV-də sədr müavini təyin olunan E. Dünyamalıyev "Xəbərlər”ə nəzarəti ələ aldıqdan sonra rəhbər vəzifələrə öz adamlarını qoyub. O, 2015-ci ildə iş başına keçən kimi "Mədəniyyət” xəbərlərinin baş redaktoru Cəmilə Əzimovanı bu vəzifədən çıxarıb və yerinə Lalə Məmmədovanı təyin edib.
Bir müddət əvvəl isə Arif Alışanovun yerinə göz dikdiyi deyilən müavin "Xəbərlər”ə nəzarəti itirdiyi üçün, onun verdiyi təyinatlar da sədr tərəfindən bir-bir ləğv edilməyə başlayıb.
Xatırladaq ki, BakuPost.az Elsevər Dünyamalıyevlə Arif Alışanov arasındakı gərginliklə bağlı geniş yazı dərc etmişdi. Yazıda bildirilirdi ki, Arif Alışanovun böyük etimad göstərərək, yüksək səlahiyyətlər verdiyi E. Dünyamalıyev onun yerinə keçmək üçün əlaltından işlər görürmüş. Bundan xəbər tutan sədr isə onu "zərərsizləşdirmək” üçün qeyri-rəsmi şəkildə verdiyi səlahiyyətlərini geri alıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır