XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “İlk olaraq bunların qarşısı alınmalıdır” - Siyavuş Novruzov

“İlk olaraq bunların qarşısı alınmalıdır” - Siyavuş Novruzov

“İlk olaraq bunların qarşısı alınmalıdır” - Siyavuş Novruzov
18-12-2017, 14:01

"Dünyada İslam dinini tamamilə yanlış şəkildə təqdim edirlər. Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda bəzi ölkələr buna imkan yaradır ki, İslamı onların istədikləri kimi təqdim etsinlər".

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, İslam daxilində olan qüvvələr prinsiplərdən kənara çıxaraq, öz qanunları ilə cəmiyyəti başqa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır.
Azərbaycanda İslama yanaşmanın düzgün formada qurulduğunu nəzərə çatdıran S.Novruzov bildirib ki, İslam dinini ictimaiyyətə düzgün çatdırmaq lazımdır: "Azərbaycan bu istiqamətdə düzgün yol seçib. Dövlət tərəfindən bu sahəyə istənilən kömək göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı şəxsən iştirak edir. Bu məsələdə Azərbaycan dünyada nümunə kimi göstərilir. Ölkədə bütün dini ayinlər bərabər şəkildə icra olunur. Bütün icmalar bərabər səviyyədə fəaliyyət göstərirlər".
Komitə sədri əlavə edib ki, vaxtı ilə Azərbaycanın ərazisi işğala məruz qalanda çox az müsəlman ölkəsi Azərbaycana dəstək oldu: "Əgər işğal olunan ərazilərimizdə Azərbaycan məscidləri dağıdılırsa, İslam ənənələri məhv edilirsə, buna nə ad vermək olar? Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrar olunmazdı".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.