"Hərbi xidmətdə olmayanlar hərbi haqqında qanundan danışır" - Siyavuş Novruzov
"Silahlı qüvvələr Ali Baş Komandana tabedir. Bu sahəyəyə ictimai nəzarətin olmasının əleyhinəyəm. Bu iş hansı qeyri-hökumət təşkilatına tapşırılacaq, onların silahdan başı çıxırmı?”.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov etirazını bildirib: "Bəzən elə olur ki, hərbi xidmətdə olmayanlar hərbi haqqında qanundan danışır. Dünyada bu cür təcrübə var. Müqavilə əsasında formalaşan ordu olur, bu zaman ictimai nəzarətə ehtiyac yaranır”.
Deputat qeyd edib ki, orduya mütəxəssis rəhbərlik etməlidir:
"Bir dəfə orduya rəhbərliyi riyaziyyatçıya həvalə etdik, gördük, nələr baş verdi. Adını çəkmək istəmirəm, Milli Məclisə layiq deyil. Orduya profesionanal zabitlər olmalıdır. Media da Müdafiə Nazirliyinin yaydığı məlumatlara istinad etməlidir. Ordu sirləri qapalı olmalıdır. Mətbuat nazirliyin mətbuat xidmətinin verdiyi məlumatdan başqa məlumat yaymalı deyil”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...