SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “İstənilən adam istədiyini təhqir edir...” - Siyavuş Novruzov

“İstənilən adam istədiyini təhqir edir...” - Siyavuş Novruzov

Tarix:

10-03-2017, 13:24

/ 1 477 dəfə oxundu.
“İstənilən adam istədiyini təhqir edir...” - Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov parlamentdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun daha sərtləşdirilməsi təklifi ilə çıxış edib.

xalqxeber.az xəbər verir ki, millət vəkili qeyd edib ki, dünyanın idarə olunması informasiya üzərində qurulub: “Bunun çatdırılması, qəbul olunması önəmli məsələdir. Yəni, informasiya təhlükəsizliyi vacib məsələdir. Bu qanun layihəsini bir qədər də sərtləşdirməliyik. Dünyada intiharın sayına görə Avropa ölkələri birinci yerdə gedir. Sovetlər birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də intihara təhrik edirlər. Televiziylarımızda verilişlər hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları mənfi istiqamətlərə yönəldir”.

Komitə sədri bildirib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir: “Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməli olmalıdır. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra oradan götürüb o xəbərləri verənlər var. Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir”.

Şərhlər

XƏBƏR LENTİ