XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İbrahim Mehdiyev yenidən Yasamala başçı gəlir

İbrahim Mehdiyev yenidən Yasamala başçı gəlir

İbrahim Mehdiyev yenidən Yasamala başçı gəlir
11-11-2017, 21:18

Yasamal niyə 5 aydır “başsız” qalıb ?

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin Hacı Cavad məscidinin sökülməsini “özbaşına həyata keçirməsinə görə” vəzifəsindən azad edilməsindən artıq 5 ay keçir.
Sözün düzü, Yasamalın uzun müddət “başsız” qalması müəyyən suallar doğurur.
Çünki icra başçısı vəzifəsinin 5 ay boş qalması yaxın taiximizdə baş verməyib. Hətta son vaxtlar icra başçısı ilə müqayisədə daha mühüm vəzifə olan energetika naziri postuna da təyinat oldu.
Bəs Yasamal niyə “başsız” qalıb?
Bu sualın cavabını İbrahim Mehdiyevin açıqlamasında axtarmalı olduq:” Kimsə ölkə başçısına mənim haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam”.
Danışan mənbə Yasamalın uzun müddət başçısız qalmasının səbəbini bu səhv informasiyada görürür və bildirir ki, bu məsələ yuxarıda ciddi müzakirə olunub. Və İbrahim Mehdiyevin günahkar olmadığı bəlli olub. Ona görə də İbrahim Mehdiyevin yenidən icra başçısı təyin olunması gündəmdədir. Əlbəttə, “fərmanın geri oxunması” qeyri-ciddi görünsə də, Yasamalın uzun müddət başsız qalması tam ciddi görünür.

NUH.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.