YASAMALA BAŞÇI TƏYİNATI GÖZLƏNİLİR – Hansı klan qalib çıxdı?
Dörd aydan artıqdır boş qalan Bakının Yasamal rayonunun İcra Hakimiyyətinin başçısı postuna bugünlərdə təyinat gözlənilir. Hökumətə yaxın mənbələrdən daxil olan məlumata görə, Yasamala kimin rəhbərlik edəcəyi məsələsi artıq dəqiqləşib – bu günlərdə Prezidentin müvafiq sərəncamı olmalıdır. Mənbə yeni başçının kimliyini açıqlamasa da, onun hazırda bank sektorunda çalışdığını bildirib.
Bu ipucundan hakimiyyətdaxili klanların Yasamal uğrunda aylardır davam edən mübarizəsindən hansı klanın qalib çıxdığını təxmin etmək çətin deyil. Qələbə, əvvəlcədən də gözlənildiyi kimi, ən şanslı klanın tərəfindədir.
Xatırladaq ki, Prezident İlham Əliyev keçmiş başçı İbrahim Mehdiyevi iyulun 1-də, rəsmi versiyaya görə, Hacı Cavad məscidinin sökülməsini “özbaşına həyata keçirdiyi üçün” vəzifəsindən azad etmişdi. Bu gözlənilməz sərəncamdan dərhal sonra hakimiyyətdaxili qruplaşmalar böyük söküntü-tikinti işlərinin aparıldığı “yağlı tikə” olan Yasamal uğrunda mübarizəyə başladılar. Mübarizənin kəskinliyi və namizədlərin çoxluğu nəticəsində 4 aydan artıqdır ki, Yasamal başsız qalıb. Lakin belə görünür ki, artıq qəti qərara gəlmək mümkün olub.
“AzPolitika”

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var