XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Qoca” saxlanıldı

“Qoca” saxlanıldı

“Qoca” saxlanıldı
2-11-2017, 09:20

Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritetin ikincisi nəhayət ki, həbs edilib.

Məlumata görə, bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.

Məlumata görə, “vorzakon”un saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Onun yanında olan şəxslərdən birinin öldürüldüyü haqda məlumatlar var. “Qoca” isə sağ olaraq ələ keçirilib.

Hadisə ilə bağlı məlumat gec gəldiyi üçün rəsmi qurumlardan münasibət öyrənə bilmədik.

Qeyd edək ki, bu hadisə baş verdiyi gündən Azərbaycan mətbuatının gündəmindən düşmür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.