Nadir Qafarzadə Fədayəni müdafiə etdi: "Səni qınayanlar utanacaqlar"
Sevgilisi "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına kömək etməkdə təqsirləndirilən və həbs edilən müğənni Fədayə Laçına sənət dostları dəstək olublar.
Müğənnilər sənətçi ilə bağlı paylaşımlar edərək, onun saf sevgisinin qurbanı olduğunu yazıblar.
Bu dəfə müğənni Nadir Qafarzadə Fədayə ilə bağlı paylaşım edib və bu sözləri yazıb:
"Can, Fədayə! Sadəlövh, sənətinin dəlisi, sənətinin cinayətkarı, aşiqi... Bülbül səslim, Laçın yanğısıyla alışıb-yananım... Sevgisini qorumaq üçün qurbana çevrilən Fədayəm. İnanıram ki, günahsızlığın sübuta yetiriləcək və bəzi səni qınayıb, tənqid edənlər dediklərindən utanacaqlar. Allah bağlı qapılarını açsın, inşallah!”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayənin "Qoca" ilə sevgili olduğu bildirilib.
Ötən gün gecə yarısı "vorzakon”un saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...