XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Maşallah Əhmədov yenidən həbsə qayıda bilər

Maşallah Əhmədov yenidən həbsə qayıda bilər

Maşallah Əhmədov yenidən həbsə qayıda bilər
19-10-2017, 15:00

Tanınmış futblolçu Maşallah Əhmədovun cinayət işi üzrə zərərçəkmiş Yusif Əzizov onun cəzasının ağırlaşdırılması üçün kassasiya şikayəti verib.

İttihama görə 350 min manat pulu M.Əhmədov tərəfindən mənimsənilən Y.Əzizov Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb. Apellyasiya Məhkəməsi M.Əhmədovun cəzasını 8 ildən 2 ilə endirib.

Y.Əzizov isə Ali Məhkəməyə müraciət edərək müddətin artırılması ilə cəzanın ağırlaşdırılmasını istəyib. Onun şikayəti icraata götürülüb, prosesə hakim İmran Hacıqayıbov sədrlik edir.

Xatırladaq ki, M.Əhmədov bir neçə gün öncə cəzasının 4-də üç hissəsini çəkdiyi üçün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Ali Məhkəmə Y.Əzizovun şikayətini təmin edərsə, M.Əhmədov yenidən türməyə qayıda bilər.

O tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəməkdə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Əhmədov 2017-ci il yanvarın 30-da məhkəmə zalında həbs edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.