XalqXəbər.Az

XalqXeber.Az » Aktual » Maşallah Əhmədova 3 gün vaxt verildi

Maşallah Əhmədova 3 gün vaxt verildi

Maşallah Əhmədova 3 gün vaxt verildi
16-05-2017, 12:51

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə barışıq üçün təqsirləndirilən tərəfə vaxt verilib.

Hakim bildirib ki, M.Əhmədova dəyən ziyanı ödəmək üçün 3 gün vaxt verilib. Ziyan ödəndikdən sonra zərərçəkən Yusif Əzizovla barışıq imzalaması təklif edilib.

Mediaya açıqlamasında Y.Əzizovun vəkili bildirib ki, qalan 1228 kv/metr aqlay daş qaytarılsa, barışıq əldə oluna bilər. M.Əhmədovun oğlu Tərlan Əhmədov isə deyib ki, tələb olunan daşlar hazırdı, bu gün zərərçəkən tərəfə çatdırılacaq.

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.