Maşallah Əhmədov məhkəmədə əsəbiləşdi - “Adam kişi olar”
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov deyib ki, aqlay daşların bir qismi Maşallah Əhmədov tərəfindən "Sahil" MTK-ya verilib.
Y.Əzizovun vəkili deyib ki, 2 maşın daşın əvəzinə MTK M.Əhmədova 2 mənzil verib: "Bunu MTK-nın direktoru Kamil müəllim deyib".
Hakim qərar verib ki, "Sahil" MTK-nın Maşallah Əhmədovdan aldığı daşlarla üzləmə işi aparılan binalara baxış keçiriləcək: "Çünki hər iki tərəf qarşı tərəfin təqdim etdiyi daşları qəbul etmir. Baxış keçirib daşların rəngini və növünü müəyyən edəcəyik".
İclasda aqlay daşların hansı növdə və rəngdə olması mübahisə yaradıb. M.Əhmədov aqressiv çıxış edib: "Sən 10 min verib, 20 min istəyirsən. Adam kişi olar. Sən görəcəksən".
Bundan sonra hakim M.Əhmədova xəbərdarlıq edib və bildirib ki, növbəti dəfə prosesi pozarsa, o zaldan çıxarılacaq və məhkəm M.Əhmədovun iştirakı olmadan keçiriləcək.
Məhkəmə prosesi iyunun 2-də davam etdiriləcək. Həmin gün M.Əhmədovun və Y.Əzizovun iştirakı ilə "Sahil" MTK-da binaya baxış keçiriləcək.
Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?