Maşallah Əhmədovdan Ali Məhkəməyə şikayət verilib
Dələduzluqda təqsirləndirilən futbolçu Maşallah Əhmədov barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Bu barədə zərərçəkmiş Yusif Əzizov məlumat verib.
O bildirib ki, M. Əhmədov vurduğu külli miqdarda zərəri tam ödəmədiyi halda apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzası 2 ilə endirilib: “Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib”.
Zərərçəkmiş bildirib ki, ibtidai istintaq mərhələsində M. Əhmədov vurulan ziyandan 11 min manat, Apellyasiya Məhkəməsi vaxtı isə 32 min manat ödəyib. Y. Əzizov 300 min manat məbləğində mülki iddia qaldırdığını deyib.
Qeyd edək ki, dələduzluqda təqsirləndirilərək, həbs edilən veteran futbolçu Maşallah Əhmədov bu il oktyabrın 7-də, cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
İttihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edib, bir neçə nəfərdən 350 min manat alaraq, mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var