SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yaxın 10 gündə kəskin soyuqlar gözlənilir? – Rəsmi

Yaxın 10 gündə kəskin soyuqlar gözlənilir? – Rəsmi

Tarix:

28-11-2023, 12:51

/ 403 dəfə oxundu.
Yaxın 10 gündə kəskin soyuqlar gözlənilir? – Rəsmi

Yaxın 10 gün ərzində hava kəskin soyumayacaq.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hava ilə bağlı uzunmüddətli proqnoz vermək doğru deyil:
"Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük və bir həftəlik olur. Bundan daha uzun müddətə nəsə söyləmək düzgün deyil. Bu, yalnız fərziyə ola bilər".
Nazir müavini bildirib ki, qışda hava şəraitinin soyuq keçəcəyi istisna edilmir:
"Ancaq yaxın həftə, on gün ərzində havanın temperaturunun kəskin şəkildə aşağı düşəcəyini gözləmirik".

Şərhlər

XƏBƏR LENTİ