Qonşudakı qarlı hava Azərbaycana da gəlir? - PROQNOZ
Türkiyənin Milli Hidrometroloji Proqnozlar Bürosunun məlumatına görə, həftəsonu hava şəraiti kəskin dəyişəcək, yağış, qar yağacaq, temperatur aşağı düşəcək.
Bəzi bölgələrdə yağacaq qarın 20 santimetr təşkil edəcəyi proqnozlaşdırıb. Bəs görəsən, qonşu ölkədəki soyuq hava axını ölkəmizə təsir edəcəkmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bu haqda sualları cavablandırıb.
G.Məmmədovanın sözlərinə görə, həftəsonu üçün hələlik heç bir proqnoz vermək mümkün deyil:
“Hələlik ki, həftəsonu hava şəraitinin necə olacağı ilə bağlı heç bir açıqlama verə bilmərik. Yalnız 2-3 gün sonrakı hava şəraitini proqnozuna uyğun olaraq deyə bilərik ki, sabah və martın 15-də hava şəraitində kəskin dəyişiklik olmayacaq”.
Onun sözlərinə görə, yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Bəzi qərb və cənub rayonlarında yağmurlu hava şəraiti müşahidə olunacaq”.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb