Bu həftə hava necə olacaq?
Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində qeyri-sabit və bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunsa da, aprelin 14-də günün ikinci yarsında yağıntıların kəsiləcəyi gözlənilir:
"Növbəti üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava, əsasən, yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron Yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəzi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək