SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Kontakt Home"da müştəriləri belə aldadırlar... - GİLEY

"Kontakt Home"da müştəriləri belə aldadırlar... - GİLEY

Tarix:

16-04-2021, 11:51

/ 438 dəfə oxundu.
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - GİLEY

 "Ötən cümə günü zəng vasitəsilə Kontakt Home dan televizor sifariş etdim. Şənbə axşamı onu gətirdilər. Qutusu artıq bir neçə dəfə açılıb bağlanmışdır, skotç lay lay bir birinin üstündə idi, lakin buna xüsusi əhəmiyyət vermədim. Televizor qutudan çıxarıldıqda o nə qoruyucu paketin içində nə də kü ekran qoruyucusu var idi, yalnız yan kantlarda qoruyucu plenka qalmışdı, bundan əlavə TV-nin bütün arxa hissəsi toz idi". DİA.AZ bildirir ki, bu barədə şikayətində Ramin Hacızadə yazır.

"Kontakt Home"da müştəriləri belə aldadırlar...

Daha sonra narazı vətəndaş bildirir: "İşçilərdən TV-nin yeni olub-olmamasını dəqiqləşdirdim, onlar, bu modelin heç bir plyonkası və paketi olmadığı barədə dedilər. Cavabı şübhə ilə olasa da gəbul etdim, lakin yenədə qutuda necə tozdana bilər? Televizorun ayaqlarına gədikdə aşkar olunur ki şuruplarda biri yoxdur, bu na isə işçilər qeyd edirlər ki çox güman ki zavodda qoymayıblar. Hər halda TV-nı divara asmaq fikrim var idi, ona görə də şurupun olub-olmaması məni elə də maraqlandırmırdı. Bundan əlavə, mən TV-ni yandırdıqda artıq parametrlər qurulmuşdu. Bu tip TV-lərdə pultu ilk istifadədə calaşdırmaq tələb olunur, burda isə artıq calaşdırılmışdı. Nəticədə mən bu TV-dən imtina etdim, onların zəng mərkəzinə təkrar zəng edərək eyni modeli yenidən sifariş etdim lakin yeni olmasını və artıq birindən imtina etdiyimi bildirdim. Növbəti gün gətirdilər, eyni modeli, lakin artıq tamamilə yeni, qoruyucu paketi, qoruyucu ekran plenkası və s.. Məlum oldu ki, mənə bundan əvvəl gətirilən vitrin malı idi. Kartla ödəniş etdim, mənə POS terminal qəbzi təqdim etdilər, QR kodu və ya fiksal İD üzərində yox idi. Kassa çeki barədə maraqlandım, dedilər zəng edin sizə köməklik gəstərəcəklər, zəng etdikdə votsap nömrələrina yazmağı xahiş etdilər, yazdım, mağazaya yaxınlaşmağı məsləhət gördülər, və axırda mənə sənəd təqdim etdilər ki mən artıq kassa qəbzini almışam və heç bir etirazım yoxdur.Qəbz verilmədiyini dəfələrlə çatdırmağa çalışsam da onlar şablon olaraq "Siz imza atmisiniz" sizə köməklik göstərə bilmərik deyərək dəstəyi asırlar".

İddia olunanlarla bağlı
qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ