XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Kontakt Home"dan kompüter alanda diqqətli olun...... ŞİKAYƏT

"Kontakt Home"dan kompüter alanda diqqətli olun...... ŞİKAYƏT

"Kontakt Home"dan kompüter alanda diqqətli olun...... ŞİKAYƏT
11-09-2020, 09:03

Sosial şəbəkə istifadəçisi Ruslan Baba (Ruslan Baba) Kontakt Home-dan şikayətçidir.
Şikayətçi öz şikayətində yazır:
"Kontakt Home-dan kompüter almışdım keçən ilin oktyabrında, daha sonra 3 ay keçmişdi üstündən yaxın IT oxuyan dostum kompüterin neçə dəfə on/off olduğunu ölçəndə çaşıb qaldım. Kompüter 40.000 dəfədən çox on/off olmuşdu. Özüm işləyən adamam, bütün gün işdə oluram, yalnız axşamlar evə gəlirəm və evdə də 2-3 gündən bir, o da ya xəbər oxuyanda, ya da televizorda canlı təqdim olunmayan futbol oyunu oyanda ona baxmaq üçün kompüterdən istifadə edən adamam.

Nə qədər reallıqdan kənar olduğu aydın məsələdir. Ona görə də belə qərar gəlmişəm ki, Kontakt Home-da kompüterlər "refurbished" olur. Proqramla yoxlamaq olur kompüterin neçə dəfə işə salınıb söndürüldüyünü. Təklifim budur ki, hər kəs bu proqramla yoxlasın kompüterini, görək, bu kütləvi haldır, yoxsa sadəcə bir neçə kompüterdə ortaya çıxıb."
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.