SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ölkə 10 günlük sərt karantinə keçir – rayonlara gediş, kafelər, SMS…

Ölkə 10 günlük sərt karantinə keçir – rayonlara gediş, kafelər, SMS…

Tarix:

12-03-2021, 12:18

/ 878 dəfə oxundu.
Ölkə 10 günlük sərt karantinə keçir – rayonlara gediş, kafelər, SMS…

Martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən keçiriləcək brifinqdə ölkədəki epidemioloji vəziyyətlə əlaqədar hansı qərarlar veriləcəyi haqda bəzi ilkin informasiyalar yayılıb.
Reportyor.info-nun xəbərinə görə, brifinqdə son günlər COVİD19 infeksiyasına yoluxma sayında artım müşahidə olunduğu üçün məhdudiyyətlərin tətbiqi haqda rəsmi qərarlar açıqlanacaq.
Belə ki, martın 19-dan 29-na qədər 10 gün sərt karantin tətbiq olunacaq. Bu məhdudiyyətlər çərçivəsində Bakıdan bölgələrə və rayonlardan paytaxta gediş-gəlişə icazə verilməyəcək, kafe-restoranların xidmət saatı azaldılacaq.
Habelə, SMS sisteminin tətbiqi, bərbər və gözəllik salonlarının qapadılması gözlənilir. Amma bununla bağlı hələlik yekdil rəy və mövqe yoxdur.
Metronun açılmaması iri ticarət mərkəzlərini bağlı saxlanması, həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarı da qüvvədə saxlanacaq. Qeyd edək ki, ölkə üzrə ümumi karantin aprelin 1-də başa çatır. Əgər yoluxmada artım davam etsə, karantin uzadılacaq.

Şərhlər

XƏBƏR LENTİ