SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıya 30 min turist gələcək: - Metro açıla, maska məcburiyyəti götürülə bilər

Bakıya 30 min turist gələcək: - Metro açıla, maska məcburiyyəti götürülə bilər

Tarix:

6-05-2021, 08:57

/ 472 dəfə oxundu.
Bakıya 30 min turist gələcək: - Metro açıla, maska məcburiyyəti götürülə bilər

6 mayda Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçiriləcək.

Cebhe.info xəbər verir ki, brifinqdə karantin qaydalarına bəzi dəyişikliklərin olacağı, yumşalmalara gediləcəyi gözlənilir.

İddialara görə, açıq havada maska taxmaq məcburiyyəti qaldırıla bilər. O cümlədən, metronun açılması və şənbə, bazar günlərində ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi gözlənilir.

Qərarların 1 iyun tarixində başlayacaq AVRO-2020-nin 4 qrup oyununun Bakıda keçirilməsi ilə əlaqədar qəbul ediləcəyi deyilir.

Xatırladaq ki, AVRO-2020 çərçivəsində Bakıya 30 min turistin gələcəyi gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ